Rasim Ocaqovun ad günü qeyd olunacaq
Noyabrın 22-də xalq artisti, dövlət mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun 76 yaşı tamam olur.
Görkəmli kinorejissorun ad günü ilə əlaqədar Dövlət Film Fondunun və mədəniyyət və turizm nazirliyinin təşkilatçılığı, Rusiya Dövlət Film Fondunun köməyi ilə Rasim Ocaqovun 1979-cu ildə çəkdiyi "İstintaq" bədii filmi bərpa edilmişdir.
Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumatına istinadən, "İstintaq" filminin ssenari müəllifi Rüstəm İbrahimbəyov, operatoru Rafiq Qəmbərovdur. Baş rollarda Şəfiqə Məmmədova, Aleksandr Kalyagin, Həsən Məmmədov çəkilmişlər. Filmin bərpa olunmuş variantı yaxın vaxtlarda tamaşaçılara təqdim ediləcəkdir.
Xatırladaq ki, "İstintaq" filmi vaxtilə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.