PDF Oxu

Mədəniyyət

  • 11

Nəzakət Teymurova “Əzizinəm, Qarabağ” proqramı ilə çıxış edəcək

Nəzakət Teymurova “Əzizinəm, Qarabağ” proqramı ilə çıxış edəcək
Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının solisti Nəzakət Teymurova dekabrın 19-da Heydər Əliyev Sarayında növbəti "Əzizinəm, Qarabağ" adlı konsert proqramı ilə çıxış edəcək.
İki hissəli konsertdə xanəndəni "Xarı bülbül" muğam qrupu və Qara Qarayev adına Kamera Orkestri müşayiət edəcək. "Xarı bülbül" muğam qrupunun rəhbəri Əliağa Sədiyev bildirib ki, N.Teymurova birinci hissədə muğamları, ikinci hissədə isə qədim xalq və bəstəkar mahnılarını, filmlərdən musiqiləri səsləndirəcək. Xalq artisti konsertin adına uyğun "Qarabağ şikəstəsi"ni də oxuyacaq.
Müğənnini birinci hissədə "Xarı bülbül" qrupu, ikinci hissədə isə qrupla Kamera Orkestri müşayiət edəcək. Orkestri dirijor, xalq artisti Teymur Göyçəyev idarə edəcəkdir. İkinci hissənin proqramını bəstəkar-pianoçu Ceyhun Allahverdiyev işləyib.
Xatırladaq ki, bu, Nəzakət Teymurovanın Bakıda verdiyi sayca 3-cü konserti olacaq. Onun ilk konserti 2002-ci ildə Opera və Balet Teatrında, ikinci konsert isə 2 il sonra Azərbaycan Dövlət Filarmoniyasında baş tutmuşdu.

Digər xəbərlər