PDF Oxu

Mədəniyyət

  • 12

Beynəlxalq musiqi festivalına yekun vurulub

Beynəlxalq musiqi festivalına yekun vurulub
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalına yekun vuruldu.
İttifaqın sədri, xalq artisti Firəngiz Əlizadə bildirmişdir ki, "Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində ölkəmiz bir-birindən maraqlı onlarla tədbirə ev sahibliyi etmişdir.
Natiq demişdir ki, Prezident İlham Əliyevin Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq, təntənəli yubiley tədbirləri uğurla başa çatdırılıb.
Festival çərçivəsində simfonik, kamera-instrumental, vokal-instrumental, estrada və digər janrlarda yeni əsərlər səslənib. Altı gün ərzində "Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar və perspektivlər" mövzusunda beynəlxalq konfrans, "Musiqi dünyası" jurnalının 10 illik yubileyinə həsr olunmuş tədbir, "Gənclər - avanqardda: səslər və rənglər aləmində" konsert- sərgi, həmin mövzuda dəyirmi masa keçirilib.
Gənc bəstəkarlar arasında "Ən yaxşı konsert pyesi" üzrə təşkil olunmuş müsabiqədə münsiflər heyətinin qərarı ilə Rüfət Xəlilovun bəstələdiyi simfonik orkestr üçün rapsodiya birincilik qazanıb.
İttifaqın sədri laureata fəxri fərman təqdim etmişdir.
Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kadırbek yubiley munasibətilə Azərbaycan bəstəkarlarını təbrik etmiş və Firəngiz Əlizadəyə xatirə hədiyyəsi verib.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Rüfət Xəlilovun, Kamal Əhmədovun, Ağadadaş Dadaşovun, ukraynalı İqor Şerbakovun və moldovalı Gennadi Çobanunun əsərləri səslənib.
Azərbaycan Bəstəkarlar İttifaqının yubiley tədbirləri tanınmış bəstəkarımız Fikrət Əmirovun "Azərbaycan kapriççiosu" ilə başa çatıb.

Digər xəbərlər