“Arşın mal alan” operettasını rus dilində yeni quruluşda sənətsevərlərə təqdim edib
100 yaşını qeyd edən Musiqili Komediya Teatrı rusdilli tamaşaçıları diqqətdən kənarda qoymadı.
Sənət ocağı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasını rus dilində yeni quruluşda sənətsevərlərə təqdim etdi. Gənc rejissor Elvin Mirzəyev dahi bəstəkarın ölməz əsərini rus dilində səhnələşdirməklə şəhərimizin qonaqlarının da diqqətini cəlb edə bildi.
Onu da qeyd edək ki, tamaşada Gülçöhrə obrazını Yuliya Sidorova, Əsgər bəyi Fərid Əliyev, Soltan bəyi əməkdar artist Boris Qrafkin, Cahan xalanı xalq artisti Svetlana Bullax, Asyanı Ülkər Əliyeva, Vəlini Əliməmməd Novruzov, Tellini isə Marina Litvinenko ifa ediblər.
Tamaşanın dirijoru Nazim Hacıəlibəyov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, rəssamı isə Tahir Tahirovdur.