Azərbaycan Respublikası Prezident təqaüdçülərinin konserti keçiriləcək
Sabah M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Prezident təqaüdçülərinin konserti keçiriləcək.
İki hissədən ibarət konsert proqramında Prezident təqaüdçüləri Nərmin Nəcəfli, Sabir Rəsulov, Günel Sadıqova, Şəms Ağazadə, Elgün Ağazadə, Zəhra Yusifli, Yusif Bayramov, Ceyla Seyidova, Ramiz Sevdiməliyev, Tural Tağıyev, Cəmilə Qarayusifli, Nicat Məmmədov, Toğrul Hüseynli, İsrafil Rəsulovun ifasında F.Şopen, N.Rimski-Korsakov, P.Çaykovski, K.Debüssi, İ.Monti, E.Kuk, H.Rzayev A.Nesterov kimi məşhur bəstəkarların əsərləri səslənəcəkdir. Bununla yanaşı, konsertdə tanınmış xormeyster, respublikanın əməkdar incəsənət xadimi Dilarə Əliyevanın rəhbərliyi ilə uşaq xorunun ifasında R.Hacıyevin "Bakı haqqında mahnı", "Qoy gülüm gəlsin" xalq mahnısı və digər əsərlər ifa olunacaq.