PDF Oxu

Mədəniyyət

  • 13

“Aydın” əsəri tamaşaya hazırlanır

“Aydın” əsəri tamaşaya hazırlanır
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı görkəmli dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dramını təhvil verdikdən sonra hazırda rejissor, xalq artisti Cənnət Səlimovanın quruluşunda Cəfər Cabbarlının "Aydın" əsərini hazırlayır. Belə ki, yaradıcı kollektiv, repertuarını yeniləşdirmək və daha da zənginləşdirmək məqsədi ilə, ciddi yaradıcılıq axtarışındadır. Tamaşanın quruluşçu rəssamı, əməkdar rəssam Tahir Tahirov və bəstəkarı Firudin Allahverdidir.
Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, teatrda "Ələddinin sehrli çırağı" tamaşasının yeni variantı üzərində gərgin məşqlər gedir. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Kazımovdur.
Gənc Tamaşaçılar Teatrına qəbul olunan Gənclər və Kamera Teatrlarının truppası yeni teatr mövsümündə Azərbaycan və dünya klassik dramaturgiyasının ən yaxşı nümunələrini sevimli tamaşaçılarına təqdim etmək üçün ciddi yaradıcılıq işləri aparır. Onlar bu ilin sonuna qədər beş, mövsümün axırınadək isə altı tamaşanı hazırlayıb təhvil verməyi nəzərdə tutmuşlar.
Hazırlanan tamaşalar arasında görkəmli Norveç yazıçısı, Nobel mükafatı laureatı K.Hamsunun "Viktoriya" və A.Hofmanın "Şelkunçik" əsərləri də vardır.
İlin sonunadək teatrın 80 illik yubileyinin keçirilməsi də planlaşdırılır.

Digər xəbərlər