PDF Oxu

Mədəniyyət

  • 13

“Bir nağıl söylə mənə” cizgi filmlərinin təqdimatı keçiriləcək

“Bir nağıl söylə mənə” cizgi filmlərinin təqdimatı keçiriləcək
Mədəniyyət və turizm nazirliyi noyabrın 19-da Dövlət Film Fondunun yeni binasında uşaq kino bayramı keçirəcək. Uşaq ili çərçivəsində təşkil olunan tədbirin proqramına Heydər Əliyev Fondu ilə birgə hazırlanmış "Bir nağıl söylə mənə" cizgi filmlərinin yeni toplusunun təqdimatı, rejissor Firəngiz Qurbanovanın "Nuş olsun" cizgi filminin ilk baxışı və Dövlət Film Fondunun nəzdində Uşaq Kino Evinin açılışı daxil edilmişdir. Bayramda uşaq evlərinin yetirmələri, uşaq problemləri ilə məşğul olan dövlət və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.

Digər xəbərlər