PDF Oxu

Mədəniyyət

  • 6

“World Travel Market” ənənəvi beynəlxalq turizm sərgisi

“World Travel Market” ənənəvi beynəlxalq turizm sərgisi
Londonda "World Travel Market" ənənəvi beynəlxalq turizm sərgisinin rəsmi açılış mərasimi keçirilmişdir.
Dörd gün davam edəcək beynəlxalq sərgiyə dünyanın müxtəlif ölkələrindən turizm şirkətləri, səyahət agentlikləri və hökumət orqanlarının təmsilçiləri qatılırlar. Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sərgi çərçivəsində, eyni zamanda çoxsaylı seminar, konfrans və digər tədbirlərin təşkili planlaşdırılır.
Tədbirdə ölkəmizi, hər il olduğu kimi, bu il də mədəniyyət və turizm nazirliyi təmsil edir. Yüksək səviyyədə təşkil olunmuş turizm pavilyonunda nazirliyin nümayəndə heyəti, habelə, Azərbaycan Dövlət Rəqs Ansamblının, İmprotex Travel, AL Travel, GEO Travel, ENC Tour turizm şirkətlərinin, Bakı Turizm İnformasiya Mərkəzinin nümayəndələri iştirak edirlər.
Sərgidə Azərbaycana həsr olunmuş ayrıca stendin açılış mərasimi keçirilmişdir. Ölkəmizlə bağlı stend sərgi iştirakçılarının xüsusi maraq və diqqətinə səbəb olmuşdur.
Açılış mərasimində Dövlət Rəqs Ansamblının ifasında milli rəqs nümunələri ifa olunmuşdur. Sərgidə ölkəmizin turizm potensialının nümayiş etdirilməsi və mövcud imkanların tanıdılması məqsədi ilə çox sayda reklam, çap məhsulları, təbliğ vasitələri yayılmışdır.
Sərginin noyabrın 12-dək davam edəcəyi nəzərdə tutulur.

Digər xəbərlər