PDF Oxu

Mədəniyyət

  • 13

“Əsrin müqaviləsi”nin imzalanmasının 15 illiyinə həsr olunmuş tədbir

“Əsrin müqaviləsi”nin imzalanmasının 15 illiyinə həsr olunmuş tədbir
Noyabrın 11-dən 14-dək Londonun "Asia House" qalereyasında "Əsrin müqaviləsi"nin imzalanmasının 15 illiyinə və Nobel qardaşlarının Azərbaycanda fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərgi nümayiş olunacaqdır.
Sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən foto-sənədlər, onlara məxsus əşyalar, habelə, Nobel qardaşlarına və Azərbaycan neft sənayesinin inkişafına həsr edilmiş 8 dəqiqəlik sənədli film nümayiş etdiriləcəkdir.
Açılış mərasimində Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri F.Qurbanov, mədəniyyət və turizm nazirliyinin, "StatoilHydro-Abşeron" neft şirkətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələri, həmçinin, Londonun Victoriya və Albert muzeylərinin rəhbərliyi iştirak edəcəklər.
Layihənin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "StatoilHydro-Abşeron" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.
Layihənin növbəti mərhələsində sərginin Avropanın və Skandinaviyanın bir neçə şəhərində keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər