PDF Oxu

Mədəniyyət

  • 5

Azərbaycan Mədəniyyəti Günlərinə start verilib

Azərbaycan Mədəniyyəti Günlərinə start verilib
Heydər Əliyev Fondunun və Azərbaycanın Avropa Birliyi yanında daimi nümayəndəliyinin birgə layihəsi əsasında Brüsseldə Avropa Parlamentinin binasında Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bu məqsədlə Brüsselə mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən, Azərbaycan mətbəxini təqdim edəcək kulinar qrupu yola düşmüşdür. Mədəniyyət günlərində tamaşaçılara ölkəmiz haqqında daha dolğun informasiya çatdırmaq məqsədilə Azərbaycanın təbliğinə yönəlmiş geniş proqram hazırlanmışdır.
Parlament binasının "Yehudi Menuhin" zalında Azərbaycan rəssamlarının əsərlərindən və etnoqrafik miniatürlərindən ibarət sərgilərin təşkili də nəzərdə tutulmuşdur. Mədəniyyət günlərində gənc muğam ifaçıları tamaşaçılara təsniflərdən ibarət proqram, "Bakı ulduzları" rəqs qrupu isə rəqslərimizi təqdim edəcəklər. Konsert proqramında caz-trionun çıxışı da nəzərdə tutulur.
Tədbir iştirakçıları Azərbaycan mətbəxi ilə də tanış ola biləcəklər. Tanınmış kulinariya ustalarımız qonaqlara milli mətbəximizin ləziz yeməklərini təqdim edəcəklər.
Xatırladım ki, Azərbaycan Mədəniyyət Günləri noyabrın 13-də sona yetəcək.

Digər xəbərlər