PDF Oxu

Mədəniyyət

  • 15

“Qəvaidi-ədəbiyyə” kitabının orijinal nüsxəsi tapılıb

“Qəvaidi-ədəbiyyə” kitabının orijinal nüsxəsi tapılıb
Hüseyn Cavid və Abdulla Şaiq tərəfindən 1919-cu ildə nəşr edilmiş "Qəvaidi-ədəbiyyə" (Ədəb qaydaları) kitabının orijinal nüsxəsi tapılmışdir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nigar Sadıqzadə bildirmişdir ki, sırf təsadüf nəticəsində ortaya çıxan bu kitab haqqında ədəbiyyatşünas alimlər əvvəllər də məlumat vermişlər. Lakin bu məlumatlar dəqiq və səhih olmamışdır. Orijinal nüsxə tapıldıqdan sonra aydınlaşdırılmışdır ki, kitabın nəşr etdirilməsində məqsəd həmin dövrdə ədəbiyyatşünaslığa aid məlumatların bir topluda cəmləşdirilməsindən ibarət olmuşdur. 134 səhifəlik "Qəvaidi- ədəbiyyə" müəlliflərin "Bir-iki söz" adlı kiçik müqəddiməsi ilə başlayır. N.Sadıqzadə bildirib ki, hazırda əski əlifbadan latın əlifbasına çevirilən kitab yaxın günlərdə işıq üzü görəcək.

Digər xəbərlər