PDF Oxu

Mədəniyyət

  • 4

Vokalçıların Beynəlxalq “Sankt-Peterburq” müsabiqəsi

Vokalçıların Beynəlxalq “Sankt-Peterburq” müsabiqəsi
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 100-cü mövsümünün ilk tamaşası olan Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının qəhrəmanı Əsgər bəy rolunun ifaçısı Fərid Əliyev noyabrın 22-də Sankt-Peterburqa yola düşəcəkdir. Teatrın mətbuat xidmətindən verilə məlumta əsasən, aparıcı solist Sankt-Peterburqda İrina Boqaçovanın "Art-Peterburq" İctimai Fondunun təşkilatçılığı ilə keçiriləcək vokalçıların Beynəlxalq "Sankt-Peterburq" müsabiqəsində iştirak edəcəkdir. Musiqili Komediya Teatrının rəhbərliyinə bu barədə göndərilən dəvətdə Fərid Əliyevin artıq ilk seçim turundan keçdiyi bildirilmişdir. Fərid Əliyev 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. İşlədiyi müddət ərzində Azərbaycan və rus bölmələrində tamaşaya qoyulan "Şən dul qadın" (F.Leqar), "Maritsa" (İ.Kalman), "Silva" (İ.Kalman), "Çılğın Qaskoniyalı" (Q.Qarayev), "Talelər qovuşanda" (R.Hacıyev, F.Zöhrabov), "Volqalı canan" (R.Mustafayev, C.Məmmədov), "Aldın payını, çağır dayını" (V.Adıgözəlov, Anar), "O olmasın, bu olsun" (Ü.Hacıbəyli) kimi tamaşalarda əsas partiyaları ifa edərək yaddaqalan obrazlar yaratmışdır. Onun teatrda son işi Üzeyir Hacıbəylinin "Arşın mal alan" komediyasında Əsgər bəy obrazıdır.

Digər xəbərlər