Türkmənistanda Azərbaycan mədəniyyəti günlərinə start verildi
Noyabrın 3-də Türkmənistanda Azərbaycan mədəniyyəti günlərinə start verildi. Tədbirin nümunəvi təşkili və azərbaycanlı qonaqların yüksək səviyyədə qarşılanması ilə əlaqədar Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov sərəncam imzalayıb.
Sərəncamda ölkələr arasında mədəni əlaqələrin inkişafında və xalqların yaxınlaşmasında belə tədbirlərin əhəmiyyəti xüsusi vurğulanır. Qeyd edək ki, Türkmənistanda keçiriləcək mədəniyyət günlərində Azərbaycanı Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət ustaları təmsil edəcək.
Xatırladım ki, tədbir noyabrın 6-a qədər davam edəcək.