Beynəlxalq Film Festivalında Azərbaycan da təmsil olunacaq
Sankt-Peterburqda "Deboşir" Beynəlxalq Film Festivalı keçiriləcəkdir. Bu tədbirdə Azərbaycan da təmsil olunacaq. Noyabrın 18-dən 22-dək keçiriləcək festivalın əsas müsabiqə proqramına Azərbaycandan bir neçə film daxil edilmişdir. Müsabiqənin bədii filmlər üzrə nominasiyasında ölkəmizi rejissor Şamil Nəcəfzadənin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunan "Qala" filmi, qısametrajlı sənədli filmlər üzrə isə Tahir Əliyevin rejissorluğu ilə "Səhra gülü" filmi iştirak edəcək.
Festivalda ABŞ, Avstriya, Çin, Rusiya, Ukrayna, Macarıstan, Rumıniya, İtaliya və digər ölkələrin filmləri də nümayiş etdiriləcəkdir. Festivalın mükafatları uğrunda 200-dən artıq film mübarizə aparacaqdır.