PDF Oxu

Mədəniyyət

  • 6

II Beynəlxalq Kino Məktəbi

II Beynəlxalq Kino Məktəbi
Rusiyanın Dövlət Film Fondunda II Beynəlxalq Kino Məktəbinin açılış mərasimi keçiriləcək. MDB və Baltikyanı ölkələrin gənc kinematoqrafçılarının iştirak edəcəkləri bu tədbirin açılış mərasimi noyabrın 1-də baş tutacaq. II Beynəlxalq Kino Məktəbinə 13 ölkədən 40 gənc kinodramaturq, rejissor və operatorun qatılacağı gözlənilir.
10 gün davam edəcək Kino Məktəbi çərçivəsində rejissorluq, oyun və qeyri-oyun kino dramaturgiyası üzrə kurslar, Avrasiya kino sənətçilərinin mövzular üzrə ustad dərsləri təşkil olunacaqdır.
Gənc kinematoqrafçılar üçün təlimləri kino ustaları Rüstəm İbrahimbəyov, Vladimir Klimov, Nikolay Lebedev, Valeri Rubinçik, Larisa Sadilova, Aleksey German, İqor Klebanov, Sergey Lavrentyev, Marina Razbeşkina, Leonid Yarmolnik, Natalya Ryazantseva, Pavel Finn və başqaları keçəcəklər. Beynəlxalq Kino Məktəbində Azərbaycanı kinorejissorlar Murad Muradov, Nəcəf Quliyev, dramaturq Nərgiz Bağırzadə təmsil edəcəklər.
Beynəlxalq Kino Məktəbinin rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyovdur. Bu II Beynəlxalq Kino Məktəbi gənc kinematoqrafçıların görüş yerinə çevrilir. Hazırda MDB-nin bir çox ölkəsinin öz kino məktəbi vardır. Ancaq onlar pərakəndə şəkildə fəaliyyət göstərirlər. Kino məktəbi tam təlim kursu olmağa iddialı olmasa da, o, hələlik, ümumi ünsiyyət dili vasitəsilə (rus dili) gənc kinematoqrafçıların bir-biri ilə tanış olmasına, fikir mübadiləsi aparmalarına imkan yaradır.
Qeyd edim ki, Beynəlxalq Kino Məktəbi Rusiyanın Kinematoqrafçılar İttifaqı Konfederasiyası və Dövlət Film Fondu tərəfindən MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə yaradılmışdır.

Digər xəbərlər