PDF Oxu

Mədəniyyət

  • 2

“Almaniya ölkəsi” sərgi-müsabiqəsinə yekun vuruldu

“Almaniya ölkəsi” sərgi-müsabiqəsinə yekun vuruldu
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA), Almaniyanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi "Almaniya ölkəsi" sərgi-müsabiqəsinə yekun vurulub.
Azərbaycanda Almaniya mədəniyyəti həftələri çərçivəsində keçirilən tədbirdə ADRA-nın rektoru, xalq rəssamı Ömər Eldarov, akademiyanın prorektoru, professor Səlhab Məmmədov çıxış etmişdilər. Bu sərgi Azərbaycanla Almaniya arasında əlaqələrin inkişafına müsbət təkan verəcək. Müsabiqəyə 44-dən çox gənc rəssamın əsəri təqdim edilmişdir. Almaniyanın tarixini, mədəniyyətini, incəsənətini və gözəl təbiətini əks etdirən bu sənət nümunələrindən 3-ü münsüflərin diqqətini daha çox cəlb etmişdir. Bu rəsm əsərlərinin müəllifləri bir həftə ərzində Almaniyanı yaxından tanımaq imkanı əldə etmişlər.
Almaniyanın Azərbaycandakı səfirliyinin və akademiya ilə birlikdə keçirilən sayca üçüncü olan bu müsabiqə gözəl ənənəyə çevrilmişdir. Bu əlaqələrin gələcəkdə davam etdirilməsi nəzərdə tutulub.
Mədəniyyət həftələri çərçivəsində cari ildə bir-birindən rəngarəng 50-dən çox tədbir keçirilmişdir. Bütün bu tədbirlərlə Almaniya mədəniyyət nümayəndələri Azərbaycanda incəsənət sahəsinin inkişafına öz töhfəsini vermək istəyindədir. Sərgi iştirakçılarına mükafatlar təqdim edilib. Fəxri Abbasov "Qanun", Dadaş Sultanov "Bilik", Ayləl Əzizova "Qotik ritmlər" adlı rəsm əsərlərinə görə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutmuşlar. Qaliblərə fəxri fərman və diplomlar təqdim edilmiş, onların yaxın vaxtlarda bir həftəlik Berlin şəhərində qonaq olacaqları bildirilmişdir.
Sərginin digər iştirakçılarına da sertifikatlar verilmişdir.

Digər xəbərlər