PDF Oxu

Mədəniyyət

  • 13

“Afaq üç gün sizinlə” layihəsi tamaşaçıların marağına səbəb olacaq

“Afaq üç gün sizinlə” layihəsi tamaşaçıların marağına səbəb olacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100 illik yubileyi ilə əlaqədar nəzərdə tutduğu tədbirlərin həyata keçirilməsinə başlayıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata istinadən, "Afaq üç gün sizinlə" layihəsi çərçivəsində noyabrın 6, 7 və 8-də gülüş ustası, xalq artisti Afaq Bəşirqızı ilə keçiriləcək görüşlər tamaşaçıların marağına səbəb olacaq.
Həmin günlər Cavanşir Quliyev və Əli Əmirlinin "Yeddi məhbusə anası", Faiq Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana", Sərdar Fərəcov və Əziz Nesinin "Şəhərdə manyak var" tamaşaları da teatrsevərlərə təqdim olunacaq. Tamaşalarda xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Valeh Kərimov, əməkdar artistlər Xanım Qafarova, Elçin Həmidov, Əkbər Əlizadə və digər aktyorlar çıxış edəcəklər.

Digər xəbərlər