PDF Oxu

Mədəniyyət

  • 14

Azərbaycan cazının eksklüziv təqdimatı keçirilib

Azərbaycan cazının eksklüziv təqdimatı keçirilib
Los-Ancelesin Vibrato elit klubunda Montredə keçirilmiş beynəlxalq festivalın qalibi İsfar Sarabskinin ifasında Azərbaycan cazının eksklüziv təqdimatı keçirilib. Gənc pianoçu həmin gecə böyük ilhamla öz kompozisiyalarını, Azərbaycan və Amerika bəstəkarlarının əsərlərini musiqi sahəsində ixtisaslaşan təşkilatların və şirkətlərin nümayəndələri qarşısında məharətlə ifa ediblər.
Qeyd edək ki, Kaliforniyanın ən tanınmış caz klublarından biri olan Vibrato QREMMİ mükafatının səkkiz dəfə qalibi olmuş Xerb Alpertə məxsusdur. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun himayəsi ilə keçirilmiş Azərbaycan cazının təqdimatının təşkilatçısı prodüser Adrien Trippdir.
Oktyabrın 30-da Los-Ancelesdə İsfar Sarabskinin Kaliforniyaya səfəri çərçivəsində onun daha bir konsertinin keçirilməsi planlaşdırılıb.

Digər xəbərlər