Şərqşünas-alim Aida İmanquliyevanın əsərlərinin biblioqrafiyası kitabı hazırlanaraq çapa təqdim edilib
AMEA MEK-in müdiri Aybəniz Əliyeva-Kəngərlinin təşəbbüsü və redaktorluğu ilə görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida Nəsir qızı İmanquliyevanın əsərlərinin biblioqrafiyası kitabı hazırlanaraq çapa təqdim edilmişdir.
Biblioqrafiyada alimin 1964-2009-cu illərdə Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş monoqrafiya və məcmuələri, həmçinin, elmi simpozium, sessiya və konfrans materialları və dövri mətbuatda çap olunmuş məqalələri əhatə olunur. Biblioqrafiyaya daxil edilmiş materiallar bölmələr üzrə və xronoloji qaydada yerləşdirilmişdir. Biblioqrafik göstəricidə A.İmanquliyevanın həyat və fəaliyyətini əks etdirən oçerklər, həyatının əsas tarixləri verilmişdir.