Sergey Yeseninin ev-muzeyinə hədiyyələr göndərilib
Sergey Yeseninin Moskvadakı dövlət muzeyi Mərdəkandakı Sergey Yeseninin ev-muzeyinə hədiyyələr göndərmişdir. Hədiyyələri Mərdəkan muzeyinin direktoru N.İbadovaya Rusiya Federasiyasının Azərbaycandakı səfirinin xanımı O.Doroxina təqdim etmişdir.
Hədiyyələr arasında şairin şəkilləri, kitabları, təqvimlər və sair əşyalar vardır. "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəsi Ə.Şeyxovun iştirakı ilə keçirilən görüşdə muzeylər arasında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.