PDF Oxu

Mədəniyyət

  • 4

“Kitabi-Battal Qazi” dastanı işıq üzü görüb

“Kitabi-Battal Qazi” dastanı işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ümumtürk folklor abidəsi "Kitabi-Battal Qazi" dastanını çap etdirmişdir. "Nurlan" nəşriyyatında işıq üzü görən əsər "Kitabi-Dədə Qorqud"dan sonra yaranmış oğuz-türk qəhrəmanlıq dastanıdır. Azərbaycanda kitabın son dövrdə üzə çıxarılmış əlyazma nüsxəsinin və tədqiqinin müasir əlifbada mətni və fotomaksimilesi ilk dəfə təqdim olunur. Kitabın tərtibçisi və ön sözün müəllifi filologiya elmləri namizədi Aybəniz Rəhimova, redaktoru filologiya elmləri doktoru Azadə Musayevadır.

Digər xəbərlər