PDF Oxu

Mədəniyyət

  • 12

Zəlimxan Yaqubun 60 illiyi qeyd ediləcək

Zəlimxan Yaqubun 60 illiyi qeyd ediləcək
Oktyabrın 29-da İ.Əbilov adına Mədəniyyət Mərkəzində xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 60 illiyi ilə əlaqədar tədbir keçiriləcək.
Şairin həmkarlarının, ədəbi ictimaiyyətin iştirakı ilə keçirilən yubiley tədbirində Zəlimxan Yaqubun həyat və yaradıcılığından, onun ədəbi və ictimai fəaliyyətindən, Azərbaycan ədəbiyyatındakı xidmətlərindən ətraflı söz açılacaq.
Mərkəzin "Şəlalə" xalq çalğı alətləri ansamblının ifasında şairin sözlərinə yazılmış mahnılar, "Vurğun" poeziya teatrının üzvlərinin ifasında Z.Yaqubun şeirləri səsləndiriləcək.
Aşıqlar birliyinin üzvləri də tədbir iştirakçılarına xoş anlar bəxş edəcək.

Digər xəbərlər