PDF Oxu

Mədəniyyət

  • 11

Şərqşünas alim Aida İmanquliyevanın xatirə muzeyi yaradılıb

Şərqşünas alim Aida İmanquliyevanın xatirə muzeyi yaradılıb
Gəncədəki Mir Cəlal Paşayevin adını daşıyan 39 nömrəli orta məktəbdə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərini əks etdirən müzeylərin sırasına daha biri əlavə olunmuşdur. Bu günlərdə görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirə muzeyi yaradılmışdır.
Tədris ocağının ikinci mərtəbəsindəki otaqlardan birində yaradılmış muzeydə görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən fotostendlər, Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz rola malik kitabları və elmi məqalələri toplanmışdır.
Məktəbin direktoru Zakir Hüseynovun dediyinə görə, burada şagirdlərdə şərqşünaslıq elminə maraq oyatmaq məqsədilə müxtəlif tədbirlər həyata keçiriləcəkdir.

Digər xəbərlər