“Bakı-Nyu-York-Tranzit” adlı sərgi açılacaq
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata istinadən ki, oktyabrın 23-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda əməkdar rəssam İsmayıl Məmmədovun fərdi sərgisi açılacaq.
"Bakı-Nyu-York-Tranzit" adlı sərgidə Nyu-Yorkda işlənmiş 200-ə yaxın əsər nümayiş etdiriləcək. Bu ekspozisiya bir növ rəssamın Amerikadakı birillik fəaliyyətinin hesabatı olacaqdır.
Sərgi oktyabrın 30-dək davam edəcək.