PDF Oxu

Mədəniyyət

  • 8

“Qafqaz florasının saxlanılması” mövzusunda beynəlxalq simpozium keçirilib

“Qafqaz florasının saxlanılması” mövzusunda beynəlxalq simpozium keçirilib
ABŞ-ın Luiziana ştatında Missuri Botanika Bağında "Qafqaz florasının saxlanılması" mövzusunda beynəlxalq simpozium keçirilib. Tədbirdə ölkəmizi AMEA Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, biologiya elmləri namizədi Vahid Fərzəliyev, AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Validə Əlizadə və "Elmi informasiya və innovasiya" şöbəsinin müdiri, biologiya elmləri namizədi Esmira Əlirzayeva təmsil etmişlər.
ABŞ-ın müxtəlif botanika bağları və botanika institutları, bir sıra şirkətlərinin nümayəndələri, Qafqaz ölkələrindən olan alim və mütəxəssislərin iştirak etdiyi simpoziumda botaniklərimiz ölkəmizin zəngin florası, onun çoxsaylı endemikləri və onların saxlanması üçün innovasiya yanaşmalarına həsr edilmiş məruzələrlə çıxış etmişlər.
Azərbaycan alimlərinin çıxışları simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış, geniş müzakirələrə səbəb olmuşdur.
Simpozium müddətində Qafqaz alimləri Missuri Botanika Bağının 150 illik elmi-tədqiqat təcrübəsi, zəngin herbari və kitabxana fondları, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları və müxtəlif ölkələrlə aparılan müştərək layihələrlə tanış olmuşlar.
Səfər çərçivəsində birgə layihələrin hazırlanması təklif edilmiş və bu istiqamətlərdə əməkdaşlıq əlaqələrinin yaradılması məsələləri müzakirə edilmişdir.

Digər xəbərlər