Yalçın Adıgözəlovun anadan olmasının 50 illik yubileyi qeyd ediləcək
Oktyabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış dirijor Yalçın Adıgözəlovun anadan olmasının 50 illik yubileyi qeyd ediləcək.
Bu münasibətlə keçirilən konsertdə yubilyarın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Motsartın fortepiano ilə orkestr üçün 20 nömrəli konserti, Raxmaninovun "Simfonik rəqslər" əsəri, Vasif Adıgözəlovun "Mərhələlər" simfonik poeması səslənəcək.
Konsertdə əməkdar artist Murad Adıgözəlzadə pianoda solo ifa ilə çıxış edəcək.