PDF Oxu

Mədəniyyət

  • 11

Gənc Tamaşaçılar Teatrı 80 illik yubiley ərəfəsində

Gənc Tamaşaçılar Teatrı 80 illik yubiley ərəfəsində
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı repertuarını yeniləşdirmək və daha da zənginləşdirmək məqsədi ilə ciddi yaradıcılıq axtarışları aparır.
Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, görkəmli dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dramının tamaşasını təhvil verən kollektiv hazırda rejissor, xalq artisti Cənnət Səlimovanın quruluşunda Cəfər Cabbarlının "Aydın" əsərini hazırlayır. Tamaşanın quruluşçu rəssamı, əməkdar rəssam Tahir Tahirov və bəstəkarı Firudin Allahverdidir.
Bundan əlavə, teatrda "Ələddinin sehrli çırağı" tamaşasının yeni variantı üzərində gərgin məşqlər gedir. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Kazımovdur.
Gənc Tamaşaçılar Teatrına qəbul olunan Dövlət Gənclər Teatrı və Kamera Teatrlarının truppası yeni teatr mövsümündə Azərbaycan və dünya klassik dramaturgiyasının ən yaxşı nümunələrini sevimli tamaşaçılarına təqdim etmək üçün ciddi yaradıcılıq işləri aparır. Onlar bu ilin sonuna qədər beş, mövsümün axırınadək isə altı tamaşanı hazırlayıb təhvil verməyi nəzərdə tutmuşlar.
Hazırlanan tamaşalar arasında görkəmli Norveç yazıçısı, Nobel mükafatı laureatı K.Hamsunun "Viktoriya" və A.Hofmanın "Şelkunçik" əsərləri də vardır.
İlin sonunadək teatrın 80 illik yubileyinin keçirilməsi də nəzərdə tutulub.

Digər xəbərlər