PDF Oxu

Mədəniyyət

  • 2

“Fortepiano Qara Qarayev yaradıcılığında” mövzusunda beynəlxalq elmi-ifaçılıq konfransı

“Fortepiano Qara Qarayev yaradıcılığında” mövzusunda beynəlxalq elmi-ifaçılıq konfransı
Gələn il aprelin 19-dan 30-dək Bakıda gənc pianoçuların Qara Qarayev adına Beynəlxalq Elmi-İfaçılıq Müsabiqəsi və "Fortepiano Qara Qarayev yaradıcılığında" mövzusunda beynəlxalq elmi - ifaçılıq konfransı keçiriləcək. Müsabiqə və konfrans Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 və orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunacaqdır. İki mərhələdən ibarət müsabiqədə 10-25 yaşadək musiqiçilər iştirak edəcəklər. Konfransda isə yaşından asılı olmayaraq, bütün pianoçuların iştirakı nəzərdə tutulmuşdur. Konfrans elmi və ifaçılıq hissələrindən ibarət bir mərhələdə keçiriləcəkdir.
Elmi - ifaçılıq konfrans - müsabiqəsinin keçirilməsindən məqsəd Qara Qarayevin yaradıcılığının dərindən öyrənilməsi, təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin əlaqələndirilməsi, musiqi mədəniyyətlərinin yaxınlaşdırılmasıdır.
Müsabiqə və konfrans Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının dəstəyi ilə keçiriləcəkdir.

Digər xəbərlər