“Teatr və məktəb” layihəsi
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, teatr Suraxanı rayon icra hakimiyyəti Bakı şəhər təhsil idarəsi və Suraxanı rayon ümumtəhsil məktəbləri ilə birgə "Teatr və məktəb" mövzusunda layihə həyata keçirir. Həmin layihələrdən biri Suraxanı rayonunda 87 saylı məktəbdə baş tutacaq.