PDF Oxu

Mədəniyyət

  • 7

Mərakeş Krallığının Mədəniyyət Günləri

Mərakeş Krallığının Mədəniyyət Günləri
Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günləri keçiriləcək. Krallığın incəsənətini respublikamızda mədəniyyət naziri Bensalem Himmicin rəhbərlik etdiyi 50 nəfərə yaxın nümayəndə heyəti təmsil edəcək.
Mədəniyyət günləri ilə əlaqədar oktyabrın 16-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi Salonunda Mərakeş sənət sərgisinin açılışı olacaqdır. Həmin gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Mərakeş Krallığının Mədəniyyət Günlərinin açılış mərasimi və konsert nümayiş etdiriləcək. Mədəniyyət günləri ilə əlaqədar oktyabrın 17-də Milli Kitabxanada Azərbaycan və Mərakeş ədəbiyyatçılarının iştirakı ilə "Dəyirmi masa" təşkil olunacaq, oktyabrın 17-18-də isə Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında Mərakeş filmləri nümayiş etdiriləcək. Mərakeş incəsənət ustalarının oktyabrın 17-də Sumqayıt şəhərində, 18-də Mərdəkan qəsəbəsində çıxışları planlaşdırılır.

Digər xəbərlər