PDF Oxu

Mədəniyyət

  • 6

Fidan Hacıyeva qastrol səfərindən qayıdıb

Fidan Hacıyeva qastrol səfərindən qayıdıb
Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva bu günlərdə Türkiyədən qayıdıb. Səfərin TÜRKSOY-un opera günləri ilə əlaqədar baş tutduğunu diqqətə çatdıran müğənni bildirib ki, ilk konsert Türkiyənin Mərsin şəhərində olub. Müğənni azərbaycanlı dirijor Elşad Bağırovun idarə etdiyi konsertin onun ifası ilə başa çatmasını hörmət əlaməti kimi vurğulayıb.
Mərsindən sonra opera ifaçıları eyni konsert proqramı ilə Kiprdə çıxış etmişlər. TÜRSKOY-un baş direktoru Düsen Kaseinov konsertdən böyük zövq aldığını bildirib.
Səfər çərçivəsində F.Hacıyeva qastrol səfərləri ilə bağlı bir çox təkliflər aldığını bildirib. On gün davam edən səfərdə opera müğənniləri İstanbul şəhərində opera orkestrinin müşayiətilə Antik Teatrda da konsert vermişlər. Sənətçinin sözlərinə görə, səfər çərçivəsində təşkil olunan ziyafətlərdə onun ifasında böyük Üzeyir Hacıbəylinin "Sevgili canan" romansı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Digər xəbərlər