PDF Oxu

Mədəniyyət

  • 9

AAB-nin təşkilatçılığı ilə “dəyirmi masa” keçiriləcək

AAB-nin təşkilatçılığı ilə “dəyirmi masa” keçiriləcək
Oktyabrın 14-də Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə "dəyirmi masa" keçiriləcəkdir. Tədbirdə AMEA Folklor İnstitutunun alimləri, Azərbaycan Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqının və digər yaradıcı təşkilatların nümayəndələri iştirak edəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi aşıq sənətinin inkişafında yeni mərhələ açmışdır. "Dəyirmi masa", əsasən, bu əlamətdar hadisədən irəli gələn məqsəd və vəzifələrin müzakirəsinə həsr olunacaqdır. Yazılı və şifahi ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan aşıqlarımızın irsinin qorunması, üzə çıxarılması, bərpa olunması, kitablarının, disklərinin yenidən hazırlanması, üzünün köçürülməsi əsas məsələ kimi qarşıdadır. Bu yolda AAB yaradıcı təşkilatların köməyinə arxalanır.

Digər xəbərlər