PDF Oxu

Mədəniyyət

  • 11

Tofiq Quliyevin yaradıcılıq gecəsi keçiriləcək

Tofiq Quliyevin yaradıcılıq gecəsi keçiriləcək
Oktyabrın 20-də Alman-Azərbaycan Mədəniyyət Birliyi "Kapellhaus"da "Sənə sevirəm dedim" adlı musiqili ədəbi-bədii gecə keçiriləcək. Tədbirdə bəstəkar, xalq artisti Tofiq Quliyevin unudulan, eyni zamanda, məşhur mahnıları səsləndiriləcək. Gecə bəstəkarın yaradıcılığı üzərində qurulacaq, onun mahnıları, tar və pianoda ifa ediləcəkdir. Tədbirdə daha çox Tofiq Quliyevin məhəbbət mahnılarına üstünlük veriləcəkdir. Buna görə proqrama həmin mövzuda şeirlər daxil edilmişdir. Bəstəkarın kinofilmlərə yazdığı mahnılar da iştirakçılara təqdim olunacaq. Şeirləri bədii qiraətçilər Məleykə Məmmədova və Azad Şükürov səsləndirəcəklər.

Digər xəbərlər