Ölkələr arasında mədəni əlaqələr davam etdirilir
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata əsasən, oktyabrın 15-də Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günlərinə start veriləcək. Krallığın incəsənətini respublikamızda mədəniyyət naziri Bensalem Himmicin rəhbərlik etdiyi 50 nəfərə yaxın nümayəndə heyəti təmsil edəcək.
Mədəniyyət günləri ilə əlaqədar oktyabrın 16-da saat 17.00- Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Mərakeş sənət sərgisinin açılışı olacaqdır. Həmin gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Mərakeş Krallığının Mədəniyyət Günlərinin açılış mərasimi və konsert nümayiş etdiriləcək. Mədəniyyət günləri ilə əlaqədar oktyabrın 17-də Milli Kitabxanada Azərbaycan və Mərakeş ədəbiyyatçılarının iştirakı ilə "Dəyirmi masa" təşkil olunacaq, oktyabrın 17-18-də isə Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında Mərakeş filmləri nümayiş etdiriləcək.
Mərakeş incəsənət ustalarının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən oktyabrın 17-də Sumqayıt şəhərində, 18-də Mərdəkan qəsəbəsində çıxışları da planlaşdırılır.