PDF Oxu

Mədəniyyət

  • 8

Yaddan çıxmaz Qarabağ

Yaddan çıxmaz Qarabağ
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə respublikamızda "Yaddan çıxmaz Qarabağ" adlı mədəni-siyasi aksiya-incəsənət həftəsi başlayıb. Həftə çərçivəsində Füzuli rayonunda da bir sıra mədəni-siyasi tədbirlər keçirilib. Belə ki, oktyabrın 5-də Horadiz şəhərində işğal altındakı ərazilərdə olan tarixi-memarlıq abidələrinin fotoşəkillərindən ibarət sərgi, bir gün sonra tanınmış yazıçı və ziyalılarla görüş, incəsənət ustalarının iştirakı ilə konsert, eləcə də şəhər musiqi məktəbində fortopiano və tar üzrə ustad dərsləri keçirilmiş, oktyabrın 7-də isə rayon ərazisində olan hərbi hissələrdə konsert proqramları təşkil olunub.

Digər xəbərlər