PDF Oxu

Mədəniyyət

  • 3

“Yarımçıq notlar” adlı tədbir keçirilib

“Yarımçıq notlar” adlı tədbir keçirilib
Ərtoğrul Cavidin anadan olmasının 90 illik yubileyi münasibətilə görkəmli şair-dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində "Yarımçıq notlar" adlı tədbir keçirilib.
Tədbirdə muzeyin direktoru, Naxçıvan MR əməkdar mədəniyyət işçisi Bəhruz Axundov çıxış edərək bildirmişdir ki, bəstəkar çox az ömür sürməsinə baxmayaraq, el-oba üçün gərəkli olan bir işi - xalq mahnılarını, xalq oyun havalarını nota köçürməyə, nağıllarımız, dastanlarımız haqqında tədqiqat xarakterli məqalələr yazmağa, gözəl rəsm əsərləri yaratmağa macal tapmışdır.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, Ərtoğrul Cavid Nizaminin və digər şairlərin şeirlərinə mahnılar bəstələmişdir. O, Böyük Vətən müharibəsi başlanarkən "Cəbhədən məktub" simfonik balladasını və marşlar yazmış, "Şeyx Sənan", "Məhsəti" operaları və bir sıra instrumental əsərləri isə yarımçıq qalmışdır. Qeyd olunmuşdur ki, Ərtoğrul Cavid xalq mahnılarını nota köçürmüş, Avropa və rus bəstəkarlarının romans və mahnılarının mətnlərini Azərbaycan dilinə tərcümə etmişdir.
Sonda Ərtoğrul Cavidə həsr olunmuş sərgiyə baxış keçirilmiş, məktəblilərin ifasında şeirlər səsləndirilmişdir.

Digər xəbərlər