Azərbaycan dekorativ xalq sənəti inciləri
Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsi Ruhulla Axundov adına mədəniyyət evində Azərbaycan Rəssamlar İttifaqının üzvü Zərifə Seyidəliyevanın "Azərbaycan dekorativ xalq sənəti inciləri" adlı 13-cü fərdi sərgisi keçirilir.
Oktyabrın 9-dək davam edəcək sərgidə Z.Seyidəliyevanın tikmələrindən (quramalar, portretlər, mənzərə və miniatürlər) ibarət 133 əl işi nümayiş etdiriləcəkdir.
Tətbiqi sənət ustası Z.Seyidəliyeva ömrünün 66 ilini qədim tikmə sənətinə həsr etmişdir. İxtisasca riyaziyyat müəllimi olsa da, təqaüdə çıxdıqdan sonra tələbələrə olan meyilini, istəyini tikmələrdə tapmış, xalq tədbiqi sənətini yaşatmağı qarşısına məqsəd qoymuşdur. Onun 500-ə yaxın tikmələrinin bir hissəsi ABŞ, Almaniya, İsrail, İtaliya, İngiltərə, Yaponiya, Polşa, Fransa, İran, Türkiyə və digər ölkələrdə, şəxsi kolleksiyalarda, bir hissəsi isə muzeylərdə saxlanılır.