Gürcüstanda keçirilən Beynəlxalq Teatr Festivalında Azərbaycan Dövlət Pantomim Teatrı iştirak edib
Gürcüstanda keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edən Azərbaycan Dövlət Pantomim Teatrı oktyabrın 5-də Tbilisidə K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrında "Maska" tamaşasını göstərmişdir.
Tamaşanın quruluşçu rejissorları, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadə, teatrın direktoru Elman Rəfiyev, quruluşçu rəssamı Qurban Məsimovdur.
Teatrın aktyorları - əməkdar artist Nargilə Qəribova, Elnur İsmayılov, Bəhruz Əhmədli, Ceyhun Dadaşov rolları məharətlə ifa etmiş, dəfələrlə tamaşaçıların alqışlarını qazanmışlar.
Yüksək səviyyədə hazırlanmış tamaşa və gənc aktyorların peşəkarlığı Tbilisi tamaşaçılarının rəğbətinə səbəb olmuşdur.
Xatırladaq ki, üç ay öncə, Gürcüstanda Azərbaycan Mədəniyyəti günlərində Pantomim Teatrı K.Marcanişvili Teatrında yenə də "Maska" tamaşasını göstərmiş, tamaşaçıların məhəbbətini qazanmışdır.
Teatrın kollektivi bu gün də həmin uğuru təkrarlamışdır.