Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə konsert təşkil ediləcək
Tədbir Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Ukraynadakı səfirliyinin və Azərbaycan-Ukrayna Konqresinin təşkilatçılığı ilə keçiriləcək.
Azərbaycan və Ukrayna mədəni əlaqələrinin tarixində ilk dəfə təşkil olunacaq konsertləri dirijorlar - beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Əyyub Quliyev, Ukraynanın əməkdar incəsənət xadimləri Vasili Vasilenko və German Makarenko idarə edəcəklər.
Konsertin proqramına Azərbaycan və Ukrayna bəstəkarlarının əsərləri və klassik muğamlar daxildir.
Konsertlərdə Azərbaycanın xalq artisti, professor, tarzən Ramiz Quliyev, əməkdar artist Gülnaz İsmayılova, beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova, həmçinin, Ukraynanın məşhur balet və rəqs ustaları iştirak edəcəklər.