Bəstəkar Musa Mirzəyevlə görüş keçirilib
Rayon mədəniyyət şöbəsinin müdiri Şadoğlan Bayramov görkəmli bəstəkarın yaradıcılıq yolu, bəstələdiyi əsərlər haqqında iştirakçılara məlumat vermiş, Azərbaycan Bəstəkarlar İttifaqının cənub bölgəsi üzrə şöbənin rəhbəri kimi M.Mirzəyevin regionun musiqi məktəblərinə, o cümlədən, Astara rayon uşaq musiqi məktəbinə göstərdiyi hamilik köməyi yüksək qiymətləndirib.
Mərasimdə çıxış edən bəstəkar Musa Mirzəyev son illər ölkəmizdə incəsənətin bütün sahələrinə, o cümlədən, milli musiqinin inkişafına göstərilən dövlət qayğısından danışmış, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsini yüksəltmək sahəsində görülən işləri və qarşıda duran vəzifələri diqqətə çatdırmış, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda rayon uşaq musiqi məktəbinin şagirdləri görkəmli bəstəkarın əsərlərindən nümünələr ifa ediblər.