Dilmanc layihəsinin yaradıcı qrupu ilk telefon tərcüməçi sistemini nümayiş etdirib
Yeni proqram təminatı sayəsində telefon danışıqlarının avtomatik tərcüməsini (Azərbaycan-ingilis və ingilis-Azərbaycan istiqamətləri üzrə) həyata keçirmək mümkündür. Belə ki, 1-ci telefonda Azərbaycan dilində danışılan zaman, 2-ci telefonda bu nitq ingilis dilində səslənir və əksinə. Sistem, hələlik, inkişaf mərhələsindədir və hazırda kütləvi istifadəyə yararlı versiyasının yaradılması üzərində işlər davam etdirilir.
Telefon tərcüməçinin yaradılması Azərbaycan dili üçün ilk dəfə hazırlanmış 3 böyük alt sistemin - Azərbaycan nitqinin tanınması sistemi (şifahi nitqin kompyuter vasitəsilə yazılı mətnə çevrilməsi), maşın tərcüməsi sistemi (Azərbaycan və ingilis dilləri arasında mətnlərin avtomatik tərcüməsi) və mətnin səsləndirilməsi sistemi (yazılı mətnin kompyuterdə şifahi səsləndirilməsi) hesabına mümkün olmuşdur.