“Mən insanam” devizi altında sənədli filmlər festivalı keçiriləcək
Ölkəmizədə "Mən insanam" devizi altında keçirilən Cənubi Qafqaz sülh və insan haqları sənədli filmlər fastivalı Balakən, Şəki və Mingəçevirdən sonra Gəncədə davam etdirilmişdir. Tamaşaçılar əsasən, Avropa, Asiya, Afrika və Latın Amerikası ölkələrinin istehsalı olan filmlərdə cəmiyyətimizdəki oxşar problemlərlə, eləcə də planetimizin müxtəlif guşələrində yaşayan insanların həyatı ilə yaxandan tanış olmuş, bu filmlərin nümayişindən sonra keçirilən disskusiyalarda iştirak etmişlər. Filmlər 3 gün davam etmişdir.
Filmlər festivalının nümayişinə İsrail və Bolvaniya kinematoqrafçılarının birgə istehsalı olan "İşləyən ana" filmi ilə start verilmişdir.