PDF Oxu

Mədəniyyət

  • 11

İMC Krems Tətbiqi Elmlər Universitetinin yaradılmasının 15 illiyi münasibətilə təntənəli mərasim keçirilib

İMC Krems Tətbiqi Elmlər Universitetinin yaradılmasının 15 illiyi münasibətilə təntənəli mərasim keçirilib
Əbülfəs Qarayev təntənəli mərasimdə çıxış edərək, universitetin prezidenti Haynts Boyeri və kollektivi təbrik edib. Nazir qeyd edib ki, Azərbaycan geniş turizm potensialına malik ölkə kimi bu sahədə infrastrukturun qurulmasında Avstriya şirkətləri ilə əməkdaşlıq edir. Eyni zamanda, turizm mütəxəssislərinin hazırlanması və Azərbaycan Turizm İnstitutunda (ATİ) beynəlxalq proqramların həyata keçirilməsi sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir. Krems Universiteti ilə əməkdaşlıq sayəsində azərbaycanlı turizm mütəxəssisləri Avstriya bakalavr diplomu dərəcəsi əldə etmək imkanına malikdirlər, həmçinin tələbə mübadiləsi həyata keçirilir.
Əbülfəs Qarayev mərasim çərçivəsində Avstriyanın aparıcı ORF telekanalına müsahibə vermişdir.
Qeyd edək ki, əsası 1994-cü ildə qoyulmuş İMC Krems Tətbiqi Elmlər Universiteti ötən qısa müddət ərzində tələbələrin sayını 42-dən 1800 nəfərə çatdırmış, dünyanın 27 ölkəsində 80-dən artıq ali təhsil ocağı ilə əməkdaşlıq əlaqələri qurmuş, 80-dən artıq ölkənin 700-dən artıq müəssisəsi ilə təcrübə tərəfdaşlığı edir. 2007-ci ildə universitetlə Azərbaycan Turizm İnstitutu arasında müqavilə imzalanmış və məhsuldar tərəfdaşlıq əlaqələri mövcuddur.
Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov və Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov da yubiley tədbirində iştirak ediblər.

Digər xəbərlər