Sergey Yeseninin anadan olmasının 114 illiyinə həsr olunmuş tədbir keçirildi
Rusiya səfiri Vladimir Doroxin Sergey Yeseninin ev-muzeyinə şairin iki avtoqrafının surətini bağışlayıb. Bu surətlər Rusiya səfirliyinin xahişi ilə Moskva Sergey Yesenin Dövlət Muzeyi tərəfindən hazırlanaraq Bakıya göndərilib.
Tədbirdə "Günay" uşaq dram teatrının kollektivi, 2 saylı internatın nəfəsli uşaq orkestri, 145 saylı məktəbin şagirdləri çıxış ediblər. Tədbirin sonunda rus dili və ədəbiyyatı üzrə olimpiadanın qaliblərinə diplomlar və xatirə hədiyyələri təqdim olunub. Mərasimdə Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Bakı şəhər icra hakimiyyətinin, Əzizbəyov rayon icra hakimiyyətinin, diplomatik korpusun, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.