PDF Oxu

Mədəniyyət

  • 8

“İlk addım” fotoqrafiya sərgisi açılıb

“İlk addım” fotoqrafiya sərgisi açılıb
Bu münasibətlə keçirilən mərasimi açan şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov uşaqların dünyagörüşünün formalaşması, onların ətraf mühit və cəmiyyətlə daha yaxından tanışlığı baxımından belə sərgilərin əhəmiyyətini xüsusi vurğulayıb. O, uşaqlara fotoqrafiya sənətinin sirlərinə daha dərindən yiyələnməyi tövsiyə edib.
Tədbirdə bildirilib ki, sərgidə nümayiş etdirilən 47 əsərdən 10-u Şəkidən olan balaca fotoqraflara məxsusdur.
Azərbaycan Fotoqraflar Birliyinin üzvü Rövşən Kərimov bildirmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi, habelə, təşkilatçı qurumların dəstəyi ilə 2009-cu ilin yay aylarında Şəki, Mingəçevir, Göyçay, Zaqatala və Xaçmaz rayonlarından olan 13-21 yaşlı yeniyetmə və gənclər üçün bir həftəlik intensiv fotoqrafiya kursları təşkil edilib. Kurslarda təlim keçən könüllülər uşaqlara fotoqrafiya sənətinin sirlərini öyrətməklə yanaşı, onların yaradıcılıq və özünüifadə qabiliyyətlərini də inkişaf etdirməyə çalışıblar. Bu kurslar gənclər üçün fotokameradan istifadə etməyin ilk təcrübəsi idi. Onlar bir həftə ərzində fokus, rakurs və kompozisiya effektlərindən istifadə edərək, cəmiyyət, ətraf aləm və özlərini fotoşəkillərdə təsvir etmiş, ciddi fotokompozisiyalar yaradıblar. Azərbaycan Fotoqraflar Birliyinin peşəkar fotoqraflarından ibarət münsiflər heyəti təqdim olunmuş 1000-dən artıq fotoşəkildən 47 ən maraqlısını seçmişdir. Seçilmiş fotolardan ibarət ilk sərgi Bakı şəhərindəki "YarAdAn" qalereyasında keçirilib. Şəkidə keçirilən bu sərgi isə bölgələrdə təşkil olunan ilk sərgidir. Şəkidən sonra bu sərginin Zaqatala, Mingəçevir, Göyçay və Xaçmaz rayonlarında da keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər