PDF Oxu

Mədəniyyət

  • 4

İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalına start verildi

İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalına start verildi
Tədbirdə Ümumdünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Qissur Qudmundssonun, Ümumdünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen Padilyanın, həmçinin Belorus, Filippin, Gürcüstan, İran, İslandiya, Kanada, Nigeriya, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələrin aparıcı kulinarlarından ibarət komandalar iştirak edirlər. Festivalın açılış mərasimində Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, Ümumdünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Qissur Qudmundsson, Ümumdünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen Padilya, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış edərək kulinariya sənətinin inkişafından, milli mətbəxin özünəməxsusluğundan danışdılar. Çıxışlardan sonra milli komandaların təqdimatı keçirildi. Xatırladım ki, dünən öz işinə start verən festival 10 oktyabr tarixinə kimi davam edəcək. Bu müddət ərizində Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, iştirakçılar üçün ekskursiyalar təşkil olunacaq, "Kulinariyanın cəmiyyətdə rolu: inkişaf perspektivləri" adlı dəyirmi massa təşkil olunacaq. Festivalın bağlanış mərasimi 10 oktyabr tarixində olacaq. Həmin gün mükafatlandırma mərasiminin keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər