“Arşın mal alan” tamaşası Samsun Opera və Balet Teatrında Tamaşanın premyerası dekabrda baş tutacaq
Azərbaycanın əməkdar incəsənət xadimi, Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşasını səhnəyə qoymaq üçün Samsun Opera və Balet Teatrından dəvət almışdır. Məlum olduğu kimi, bir neçə il bundan öncə, bu tamaşa Türkiyənin Ankara Dövlət Operasında Hafiz Quliyev tərəfindən böyük uğurla səhnəyə qoyulmuş və elə indiyə kimi həmin teatrın repertuarındadır. Samsun Opera və Balet Teatrı rəhbərliyinin "Arşın mal alan"ı öz səhnəsində görmək arzusu da məhz türk seyirçilərinin dahi Üzeyir Hacıbəylinin ölməz sənətinə olan böyük marağından irəlı gəlib.
Hafiz Quliyev noyabrın ortalarında Samsun şəhərinə yollanacaq və bir ay ərzində tamaşa üzərində çalışacaq. Premyera tamaşasının dekabrda baş tutacağı nəzərdə tutulub.