PDF Oxu

Mədəniyyət

  • 11

Koreya respublikasında Azərbaycanın turizm potensialına dair kampaniya keçirilir

Koreya respublikasında Azərbaycanın turizm potensialına dair kampaniya keçirilir
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Seulun mərkəzi küçələrində hərəkət edən 22 avtobusa ölkəmizin turizm potensialını əks etdirən reklam plakatları yapışdırılmışdır.
Ölkəmizin uzaq Koreya Respublikasında daha da yaxından tanınması məqsədi ilə plakatlarda Azərbaycanın xəritəsi, informasiya əldə etmək üçün sayt imkanları və Bakının müxtəlif mənzərələri yer almışdır. Nəfis şəkildə tərtib edilmiş reklam plakatları əhali tərəfindən rəğbətlə qarşılanmışdır.
Seulun mərkəzini ətraf rayonlarla birləşdirən 5 əsas marşrutu əhatə edən reklam kampaniyası bir ay davam edəcəkdir.

Digər xəbərlər