Bakıdı Beynəlxalq İslam Kulinariya Festivalı keçiriləcək
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata istinadən, oktyabrın 5-dən 10-dək paytaxtımızda Beynəlxalq İslam Kulinariya Festivalı keçiriləcək.
"Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009" layihəsi çərçivəsində keçiriləcək tədbirdə islam ölkələri ilə yanaşı, İslandiya, Serbiya və MDB dövlətlərindən də kulinarlar iştirak edəcəklər.
Bakı İdman Sarayında təşkil olunacaq festivalın iştirakçıları kulinariya sahəsində 9 nominasiya üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər. Münsiflər heyətində isə Beynəlxalq Kulinarlar Federasiyasının nümayəndələri olacaqlar.