PDF Oxu

Mədəniyyət

  • 4

Azərbaycanlı karikaturaçı-rəssam Bayram Hacızadənin əsəri birinci yerə layiq görülüb

Azərbaycanlı karikaturaçı-rəssam Bayram Hacızadənin əsəri birinci yerə layiq görülüb
ABŞ-ın Oreqon ştatında amerikalı karikaturaçı Homer Devonportun xatirəsinə həsr olunmuş beynəlxalq karikatura müsabiqəsi keçirilmişdir. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən verilən məlumata istinadən, ənənəvi keçirilən müsabiqədə münsiflər heyətinin yekdil qərarı ilə azərbaycanlı karikaturaçı-rəssam Bayram Hacızadənin əsəri birinci yerə layiq görülmüşdür. Həmyerlimizin başqa bir əsəri müsabiqənin siyasi karikatura nominasiyasında ikinci olmuşdur. Müsabiqədə 3-cü yeri Coe Qroşek (ABŞ), xüsusi mükafatları isə Jan Tomaschoff (Almaniya) və Keyt Tuker (ABŞ) qazanmışlar.

Digər xəbərlər